Astral nədir?

“Və həmin gecə Rəbbin sözü Natana vaqe oldu” 
(İncil, 2-ci Padşahlar Kitabı, 7-ci fəsil)

9 Paula bir gecə vəhy gəldi: makedoniyalı bir adam göründü və ona dedi: Makedoniyaya gəl və bizə kömək et.
(İncil, Müqəddəs Həvarilərin İşləri, 16-cı fəsil)

 “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (Quran-i Kərim, əz-Zumər, 42).

Ferdinand Bol «Mələyin peyğəmbər İliyaya görünməsi».

Ferdinand bu əsəri Rembrandtın emalatxanasında dərs aldıqdan sonra yaratmışdır. Əsərdə Bibliya süjeti olan və 3-cü Padşahlar kitabının 19-cu fəslində bəhs olunan Mələyin İliyaya görünməsi səhnəsi əks olunmuşdur. Bu fəslə əsasən İliya səhraya çəkilir və ardıc kolunun altında uzanıb Rəbbdən özünə ölüm diləyir. Bu yerdə o yuxuya gedir, bu zaman Mələk peyda olur, ona toxunur və deyir: qalx, yemək ye (və iç). İliya bu zaman başının yanında su kuzəsi və lavaş görür. Yeyir və yenidən yuxuya gedir. Rəbbin mələyi yenə görünür, ona toxunur və deyir, ye (iç) çünki qabaqda uzun yol var. İliya yenə yeyir- içir, və 40 gün səhrada yol getdikdən sonra Horiv (Sinay) dağına çatır. Burada gecə yatarkən Rəbbdən ona yenə vəyh gəlir. 

İncil, Tövrat, Zəbur və digər dini kitablarda təsvir olunan süjetlərdə insanların ali varlıqlarla ünsiyyəti daha çox yuxu ilə oyanıqlığın zərif sərhəddində, trans vəziyyətində, gecə vaxtlarında baş verir. Elmə insan beyninin elektrik aktivliyinin elektroensefaloqrafiya ilə ölçülən bir neçə ritmi məlumdur. Bu ritm tezliklərlə ölçülür:
Qamma ritm (y-ritm) – 40 HZ – 100 HZ arasında. Beynin yüksək konsentrasiya tələb edən işlər gördüyü zaman müşahidə olunur.
Beta ritm (β-ritm) – 14 HZ- 40 HZ arasında. Beynin adi iş prosesində, açıq gözlərlə, hər hansısa adi prosesi müşahidə edərkən qeydə alınır.
Alfa ritm (α-ritm) – 8-13 HZ arasında. İnsan gözlərini qapadanda və özünü azca boşaldanda başlayır. Relaksasiya və meditasiya zamanı beynin iş rejimi bu ritmə köklənir.
Teta ritm (θ-ritm) – 4-8 HZ arasında. Bu ritm insanın sakit və rahatlaşmış halı yuxululuğa keçərkən müşahidə olunur. Bu vəziyyət inqiraz da adlanır. Psixologiyada buna şüurun dəyişilmiş vəziyyəti də deyilir ki, bu zaman insan ani, yuxuyabənzər obrazlar, səslər, hətta heç yerdə görmədiyi obrazlar və məlumatlar eşidə bilər. Bu zaman şüur və altşüur bir araya gələ bilir.
Delta ritm (δ-ritm) – 1-4 HZ arasında. Bu ritm insanın dərin yuxuda olduğu zaman qeydə alınır. Bu zaman insan yuxu görmür.

Ardı https://forum.redgonrul.com/topic/5-astral-nədir/

Tagged with:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *