Eqreqor nədir?

Hər bir ezoterik praktika ilə məşğul olan eqreqorlarla bağlı kifayət qədər məlumata sahib olmalıdır. Astral praktika da istisna deyil.
Yəqin ki, bir qrup insanın gördüyü işin, bir insanın gördüyü işdən çox zaman daha məhsuldar olduğunun hamı fərqindədir.
İnsanların və digər varlıqların diqqətləri bir ideya ətrafında uzun müddət cəmləşəndə metafizik planda bu, eqreqor adlanan enerji-informasiya varlıqlarının yaranmasına gətirib çıxarır. Bu varlıqlar psixi enerji ilə qidalanır. Okkultizmdə birinci və vacib tezislərdən biri deyir: diqqətin haradadırsa, enerji(n) də oradadlr.
Eqreqorlar bəşəriyyət yaranandan var. İlk və ibtidai eqreqorlar ailə, qəbilə, qədim allahların inanclarından yaranan eqreqorlar olublar.
Eqreqorlarla təmas qaçılmazdır, belə ki, bəşəriyyət onların mövcud olduğu reallıqda mövcüddür. Futbol matçı gedən zaman ora astral plandan baxsan, stadionun üzərində bulud şəklində hər iki komanda azarkeşlərinin enerjisindən yaranan eqreqorları görmək olar.

Eqreqorlar mahiyyət etibarilə şüursuz varlıqlardır və onlara qoyulmuş proqram çərçivəsində fəaliyyət göstərirlər, lakin şüurlu varlıqlar kimi onlar da ölürlər. Eqreqorları qidalandıran enerji-toplum məhv olarsa, bu da onların məhvinə və ya “yuxuya” getməsinə gətirib çıxarır. Bir sıra məhv olmuş eqreqorlara, qədim qəbilələr, fəaliyyətini dayandırmış strukturlar, ibtidai insanların sitayiş etdiyi paqanizm dinləri və s. aiddir.
Astral və bu kimi ezoterik praktikalarda eqreqorlardan və onun gücündən istifadə olunur. Eqreqorlar daha çox insanları manipulyasiya edən və onların həyatını dağıdan strukturlar kimi tanınansa da, bu onların mahiyyətini başa düşməməkdən irəli gəlir. Təcrübəli ezoterik eqreqorların imkanlarından çox faydalana bilər.

Davamı https://forum.redgonrul.com/topic/2-eqreqor-nədir/

Tagged with:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *